Futbol üzrə Almaniya 3-cü liqasında 37-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İnqolştadt”la qarşılaşıb. Futbolçumuzun komandası mövsümdəki sonuncu ev oyunundan məğlubiyyətlə ayrılıb - 0:3.

Nazarov bu matçin iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Ersgebirge” hazırda 44 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.