Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 16-cı turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Verder”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

16 oyuna 14 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.