İtaliyanın “Napoli” klubunun futbolçusu Nikola Maksimoviç koronavirusa yoluxub. Sport24.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçinin koronavirus testi müsbət çıxıb. Maksimoviçin səhhəti yaxşıdır və o, karantinə alınıb.

Maksimoviç bu mövsüm İtaliya A Seriyasında 17 oyuna çıxıb.