"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey İngiltərə Premyer Liqasına qayıda bilər. Sport24.az xəbər verir ki, "Arsenal" şotlandiyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Team Talk" məlumat yayıb.
London klubu Maktomineyi yayda heyətinə qatmağa çalışacaq. İtaliya çempionu 29 yaşlı orta xətt oyunçusuna 100 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Napoli" Skott Maktomineyi 2024-cü ilin yayında "Mançester Yunayted"dən 30 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.