Türkiyənin “Bursaspor” klubunun yeni baş məşqçisi bəlli olub. Sport24.az xəbər verir ki, Namik Ələskərovun komandasını bundan sonra Tamer Tuna çalışdıracaq.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ötən gün Fatih Təkkənin istefaya göndərilməsindən dərhal sonra axtarışlara başlayan klub rəhbərliyi məhz bu mütəxəssislə razılığa gəlib. 
UEFA-Pro lisenziyasının sahibi olan 45 yaşlı məşqçi bundan əvvəl "Göztəpə", "Sivasspor" və "Antalyaspor"da çalışıb.

“Bursaspor” 1-ci liqada 6 turdan sonra 15-ci sıradadır.

Namik Türkiyə klubu ilə 3 oyunda 2 məhsuldar ötürmə edib.