"Bayern"in hücumçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.

Sport24.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçunun özü açıqlama verib.

Təcrübəli oyunçu bildirib ki, Qətərdə keçirilən dünya çempionatında Kosta Rikaya 4:2 hesabı ilə qalib gəldikləri matç onun yığmadakı sonuncu oyunu olub.

Xatırladaq ki, Tomas Müller 2010-cu ildən Almaniya millisində çıxış edirdi.

Almaniya millisi E qrupunu üçüncü sırada tamamlayıb və DÇ-2022 ilə erkən vidalaşıb. 33 yaşlı Müller qrup mərhələsinin hər üç oyununda iştirak edib və qol vura bilməyib.