Daha əvvəl "Monako"nun "Spartak"ın (Moskva) hücumçusu Manfred Uqalde ilə maraqlandığı bildirilirdi.Sport24.az xəbər verir ki, jurnalist Sebastiyen Denisin sözlərinə görə, potensial transferlə bağlı təfərrüatlar yoxdur.

 

Fransızlar oyunçu bəyənir, lakin xərclərin çox yüksək olduğunu düşünürlər. Uqaldenin təzminat məbləği 30 milyon avrodur. Həmçinin "qırmızı-ağlar" hücumçunu satmaq istəmir.

 

22 yaşlı futbolçunun Rusiya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.