"Ayntraxt"ın hücumçusu Omar Marmuş Almaniya Bundesliqasında noyabrın ən yaxşı futbolçusu seçilib. Sport24.az xəbər verir ki, o, ötən ay ölkə çempionatında 2 qol və 4 məhsuldar ötürmə ilə "ən yaxşı" adına layiq görülüb.

 

Qeyd edək ki, misirli oyunçu bombardirlik yarışında "Bavariya"nın 14 qol vuran hücumçusu Harri Keyndən 1 qol geri qalır.