İngiltərənin "Vulverhempton" klubunun ev oyunlarını keçirdiyi "Molinyu" stadionunda yanğın olub. Sport24.az xəbər verir ki, bu hadisə ötən gecə baş verib.

Belə ki, qısa qapanmanın səbəb olduğu yanğın nəticəsində insan ölümü olmasa da, kluba ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu, hazırda icarə əsasında Portuqaliya "Tondela"sında çıxış edən Renat Dadaşov müqavilə ilə "Vulverhempton"a məxsusdu.