Fransa millisinin və "Kristal Pelas"ın forvardı Jan-Filipp Mateta İtaliyaya yollanmağa yaxındır. Sport24.az xəbər verir ki, "İnter" və "Milan" 28 hücumçunu istəyir.

 

Milan təmsilçiləri fransız üçün mübarizə aparır. Onun "Kristal Pelas"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

 

Mateta bu mövsüm bütün turnirlərdə 22 matçda 9 qol vurub və 2 asist edib. 

 

Qeyd edək ki, Mateta Fransa millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsinin Bakıda Azərbaycana qarşı(1:3) keçirilmiş görüşündə komandasının qollarından birini vurub.