UEFA Millətlər Liqasında 1/4, 1/2 və eləcə də pley-off mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə millisinin də A Liqasına yüksəlmək uğrunda pley-offdakı rəqibi bilinib. "Ay ulduzlular" A Liqasında qrupu 3-cü pillədə tamamlamış Macarıstana rəqib olub.

 

1/4 finalda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub. 

 

1/4 final

1.Niderland - İspaniya

2.Danimarka - Portuqaliya

3.Xorvatiya - Fransa

4.İtaliya - Almaniya

 

Yarımfinal

4-cü cütün qalibi – 1-ci cütün qalibi

3-cü cütün qalibi – 2-ci cütün qalibi

 

Pley-off mərhələsi

A Liqası uğrunda pley-off

Türkiyə - Macarıstan

Ukrayna - Belçika 

Avstriya - Serbiya

Yunanıstan - Şotlandiya

 

B Liqası uğrunda pley-off

Kosovo -  İslandiya

Bolqarıstan - İrlandiya

Ermənistan - Gürcütan 

Slovakiya - Sloveniya

 

C Liqası uğrunda pley-off

Cəbəllütariq - Latviya

Malta - Lüksemburq

 

Qeyd edək ki, 1/4 və pley-off oyunları gələn il 20-23 mart tarixlərində keçiriləcək. İyunun 4-5-də 1/2, iyunun 8-də isə 3-cü yer və final uğrunda matçlar olacaq.