İtaliyanın "Milan" klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb.

Sport24.az xəbər verir ki, sözügedən komanda buna qrup mərhələsinin 3-cü turunda Portuqaliyada "Portu"ya uduzmaqla nail olub - 0:1.

Turnirin 7 qat qalibi daha əvvəl qrup mərhələsindəki ilk 3 oyunun hamısında məğlub olmamışdı.

Stefano Piolinin baş məşqçi olduğu komanda ilk turda İngiltərə "Liverpul"una 2:3, 2-ci turda isə İspaniya "Atletiko"suna 1:2 hesabı ilə məğlub olub.