"Əl-İttihad"ın baş məşqçisi Serjio Konseysau tutduğu postdan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 

 

51 yaşlı mütəxəssisin adları açıqlanmayan Avropa klublarının maraq dairəsinə düşdüyü bildirilir.

 

Konseysau ötən ilin oktyabrından "Əl-İttihad"ı çalışdırmağa başlayıb. O, əvvəllər "Milan", "Porto", "Nant" və "Braqa" kimi klubları çalışdırıb.

 

Qeyd edək ki, "Əl-İttihad" Səudiyyə Ərəbistanı Pro Liqasında 55 xalla mövsümü beşinci yerdə başa vurub. Bununla da "pələnglər" Asiya Çempionlar Liqasının seçmə mərhələsinə vəsiqə qazanıb.