"Milan"ın qapıçısı Mayk Mennyan ciddi zədə alıb. Sport24.az xəbər verir ki, o, A Seriyasının 32-ci turunun "Udineze" ilə matçında (4:0) komanda yoldaşı Aleks Ximeneslə toqquşub.

 

Toqquşmadan sonra fransalı qapıçı yıxılıb və huşunu itirib. O, meydandan xərəkdə çıxarılıb. 

 

29 yaşlı qolkiper müayinə üçün xəstəxanaya aparılıb.

 

Bu mövsüm Menyan bütün yarışlarda 44 oyun keçirib, 11-də qapısınını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidir.