arımmüdafiəçi Kristofer Nkunku "Milan"la müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

 

Müqavilə 30 iyun 2030-cu ilə qədər qüvvədədir. 27 yaşlı fransız 18 nömrə altında çıxış edəcək. İnsayder Fabrisio Romanonun sözlərinə əsasən, "qırmızı-qaralar" futbolçuya görə, qarşı tərəfə 35 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Nkunku 2024/25 mövsümündə bütün turnirlərdə 48 matçda 15 qol vurub və 5 məhsuldar ötürmə edib.