UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tur start götürüb. Sport24.az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.

 

Bütün turnirlər daxil olmaqla ardıcıl 5 oyundur uduzan "Mançester Siti" evdə "Feyenoord"la qarşılaşıb. "Şəhərlilər" bu dəfə qələbəyə yaxın olsalar da, 3:0 hesabını qoruya bilməyiblər. "Feyenoord" son dəqiqələrdə hesabı bəraələşdirə bilib - 3:3.

 

"Milan" səfərdə "Slovan"a, "Atletiko" Çexiyada "Sparta"ya, "Barselona" isə öz meydanında "Brest"ə qalib gəlib.

 

Günün maraqla gözlənilən qarşılaşmalarından biri isə Münhendə keçirilib. "Bavariya" PSJ-ni minimal hesabla məğlub edib. 

 

Qeyd edək ki, turun digər 9 matçı bu gün oynanılacaq.

 

26 noyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 5-ci tur

"Slovan" (Slovakiya) – "Milan" (İtaliya) - 2:3

Qollar: Barseqyan, 24. Marselli, 88 – Pulişiç, 21. Leao, 68. Abraham, 71.

"Sparta" (Çexiya) – "Atletiko" (İspaniya) - 0:6

Qollar: X.Alvares, 15; 59. Lyorente, 43. Qrizman, 70. Korrea, 85; 89.

"Barselona" (İspaniya) – "Brest" (Fransa) - 3:0

"Bayer" (Almaniya) – "Zalsburq" (Avstriya) - 5:0

Qollar: Virts, 8-pen; 30. Qrimaldo, 11. Şik, 61. A.Qarsiya, 72.

"Bavariya" (Almaniya) – PSJ (Fransa) - 1:0

Qol: Kim Min Jae, 38.

"İnter" (İtaliya) – "Leyptsiq" (Almaniya) - 1:0

Qol: Lukeba, 27-avtoqol

"Mançester Siti" (İngiltərə) – "Feyenoord" (Niderland) - 3:3

Qollar: Haland, 44-pen; 53. İ.Gündoğan, 50 – H.Mussa, 75. S.Ximenes, 82. Hansko, 89.

"Sportinq" (Portuqaliya) – "Arsenal" (İngiltərə) - 1:5 

Qollar: İnasio, 47 – Martinelli, 7. Haverts, 22. Qabriel, 45+1. Saka, 65-pen. Trossard, 82.

"Yanq Boyz" (İsveçrə) – "Atalanta" (İtaliya) - 1:6

Qollar: Qanvula, 11 – Reteqi, 9; 39. De Ketelare, 28; 56. Kolaşinaç, 32. Samardziç, 90+1.