"Atletiko"nun hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirəcək. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu "Milan"a keçəcək.
"Milan" rəhbərliyi Moratanın müqaviləsində təzminat kimi nəzərdə tutulan 13 milyon avronu ödəməyə razılaşıb. Morata illik 5 milyon avro maaşla 2028-ci ilə qədər olan müqavilə imzalayacaq.
31 yaşlı futbolçunun bu həftə "Milan"da tibbi müayinədən keçəcəyi bildirilir.
Qeyd edək ki, Morata La Liqanın son mövsümündə 15 qol vurub, 3 məhsuldar ötürmə edib.