“Arsenal”ın futbolçusu Məsut Özil karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. Sport24.az xəbər verir ki, Almaniya millisinin keçmiş yarımmüdafiəçisi "topçular"la müqaviləsini ləğv edəcək.

 

32 yaşlı Özil "Fənərbaxça" ilə 3,5 illik razılığa gəlib. Futbolçu "Twitter" hesabında bu barədə paylaşıb. Onun tvitinə İstanbul təmsilçisi də reaksiya verərək keçidi təsdiqləyib.