"Barselona"nın kapitanı Lionel Messi Primeronun I turundan təxirə salınmış "Elçe" ilə matçdan (3:0) sonra etdiyi hərəkətlə diqqət çəkib. Sport24.az xəbər verir ki, 34 yaşlı argentinalı hücumçu görüş başa çatdıqdan sonra rəqib komandanın qapıçısı Edqar Badiaya yaxınlaşıb və ondan forma dəyişməsini istəyib.

Qeyd edək ki, Messi sözügedən oyunda dubla imza atıb.