PSJ-nin ulduz futbolçusu Lionel Messi antirekord müəllifi olub. Sport24.az xəbərverir ki, 35 yaşlı argentinalı hücumçu Fransa Liqa 1-də meydana çıxdığı 12 oyunda 1 qol vurub.

Bu isə dünya və Avropanın dəfələrlə ən yaxşı futbolçusu seçilmiş Messinin daxili çempionatlardakı ən pis göstəricisidir.

PSJ son olaraq XXII turda "Reyms"i 4:0 hesabı ilə məğlub edib ki, həmin görüşün 63-cü dəqiqəsində meydana daxil olan Lionel fərqlənməyib.

Qeyd edək ki, Messi cari mövsüm bütün turnirlərdə 17 matça çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.