Meksika millisinin kapitanı Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb. Sport24.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən mundialda Argentinaya qarşı II tur matçında meydana çıxmaqla nail olub.

Belə ki, Quardado karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffona (İtaliya), Lionel Messi və Kriştianu Ronalduya (Portuqaliya) çatıb. Bu yerdə bildirək ki, Messi və Ronaldu da DÇ-2022-də rekordçular sırasına düşüb. Dünya çempionatlarında 21-ci qarşılaşmasına çıxan Lionel bu göstəriciyə görə əfsanəvi Dieqo Maradonanın nailiyyətini təkrarlayıb.