Bu həftənin sonunda PSJ-nin hücumçusu Kilian Mbappenin növbəti mövsümü harada keçirəcəyi məlum olacaq.

Sport24.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı fransalı forvard qərarını bazar günü açıqlayacaq. Hücumçu “Real” və PSJ arasında seçim edəcək.

Mbappe 2021/22 mövsümündə PSJ-nin heyətində 46 matçda 36 qol vurub və 26 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.