“Olimpiakos”un braziliyalı futbolçusu Marselo Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda “Qarabağ”a qarşı keçirəcəkləri oyununda iştirak etməyəcək.

Sport24.az xəbər verir ki, bu barədə “Sportdog” nəşri məlumat yayıb.

Pirey təmsilçisinin baş məşqşçisi Miçel Qonsales 34 yaşlı müdafiəçini Azərbaycan çempionu ilə matçda meydana buraxmaq istəmir. Braziliyalı oyunçunun oktyabrın 15-dən sonra tam hazır olacağı gözlənilir. Belə olacağı təqdirdə, Marselo “Qarabağ”a qarşı oktyabrın 13-də Bakıdakı 4-cü tur qarşılaşmasını da buraxacaq.

Sabah “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına saat 23:00-da start veriləcək.