Beş klub, o cümlədən üç Premyer Liqa təmsilçisi Markus Reşfordun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu ötən mövsümü icarə əsasında "Barselona"da keçirib.

 

"Barselona"nın Reşfordu daimi transfer etmək üçün iyunun 30-na kimi vaxtı var. Lakin kataloniya təmsilçisi hücumçunun keçidi üçün tələb olunan 30 milyon avronu ödəmək istəmir. Son İspaniya çempionu reşfordu yenidən icarəyə götürmək istəyir. 

 

"Barselona" ilə danişiqlar baş tutmayacağı halda "Nyukasl", "Aston Villa" və "Tottenhem"in hücumçu üçün mübarizəyə qoşulacağı bildirilir.

 

Premyer Liqa klublarından başqa "Bavariya" Maykl Olise və Luis Diasa rəqbət yaratmaq üçün Reşfordun xidmətində maraqlıdır. 

 

Qeyd edək ki, hücumçu hazırda İngiltərə millisinin heyətində dünya çempionatına hazırlaşır.