Bu gün İngiltərə Premyer Liqasında 2021/22 mövsümündə son turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, eyni gündə keçiriləcək bütün oyunlar eyni saatda da start götürüb.

Şübhəsiz, son turda bütün diqqətlər “Mançester Siti” ilə “Liverpul”un matçlarına yönəlib. Bu komandalardan birinin büdrəməsi digərinin çempionluğu bayram etməsinə səbəb olacaqdı.

“Mançester Siti” doğma meydanda “Aston Villa”nı, “Liverpul” isə “Vulverhempton”u qəbul edib. Hər iki oyunda meydan sahibi olan komanda əzmkar qələbə qazanıb. Belədə, lider “Mançester Siti” İngiltərə çempionatının qalibi olub.

Günün digər oyunlarına gəlincə, “Arsenal” “Everton”u, “Lester Siti” “Sauthempton”u, “Çelsi” “Uotford”u, “Brayton” “Vest Hem”i məğlub yola salıb. “Bernli” evdə “Nyukasl”a, “Brentford” isə “Lids”ə uduzub. Səfərdə “Kristal Pelas”la qarşılaşan “Mançester Yunayted” mövsümün son matçından da xalsız ayrılıb. “Norviç Siti”nin qonağı olan “Tottenhem” isə 5 cavabsız qolla qalib gəlib.

Bu nəticələrdən sonra çempion “Mançester Siti” və əsas izləyicisi “Liverpul”la yanaşı, “Çelsi” və “Tottenhem” də İngiltərəni UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. 5-ci olan “Arsenal”, həmçinin 6-cı yerlə kifayətlənən “Mançester Yunayted” Avropa Liqasına vəsiqə əldə edib. 7-ci yeri tutan “Vest Hem” isə Avropa Konfrans Liqasında oynamaq hüququna yiyələnib.

22 xalla sonuncu – 20-ci pilləni tutan “Norviç Siti” və 23 xalla 19-cu olan “Uotford”un Premyer Liqanı tərk edəcəyi öncədən bəlli idi. Son turda məğlubiyyətlə üzləşən və 35 xalda qalan “Bernli” də 18-ci yeri tutub və elita ilə vidalaşıb.

İngiltərə Premyer Liqası
38-ci tur

22 may

Arsenal – Everton 5:1
Qol: Martinelli, 27. Nketia, 31. Sedrik, 56. Qabriel, 59. Edeqor, 82 – Van de Bek, 45+3.

Bernli – Nyukasl 1:2
Qol: Korne, 69 – Uilson, 20-pen; 60.

Brayton – Vest Hem 3:1
Qol: Veltman, 50. Qross, 80. Uelbek, 90+2 – M.Antonio, 40.

Brentford – Lids 1:2
Qol: Kanos, 78 – Rapinya, 56. Harrison, 90+4.

Kristal Pelas – Mançester Yunayted 1:0
Qol: Zaha, 37.

Lester Siti – Sauthempton 4:1
Qol: Meddison, 49. Vardi, 74. Peres, 81; 90+6 – Uord-Prauz, 79.

Liverpul – Vulverhempton 3:1
Qol: Mane, 24. Salah, 84. Robertson, 89 – Neto, 3.

Mançester Siti – Aston Villa 3:2
Qol: İ.Gündoğan, 76; 81. Rodri, 78 – Kaş, 37. Koutinyo, 69.

Norviç Siti – Tottenhem 0:5
Qol: Kuluşevski, 15; 64. Keyn, 32. Son, 70; 75.

Çelsi – Uotford 2:1
Qol: Haverts, 11. Barkli, 90+1 – Qoslinq, 87.