"Mançester Yunayted" bu yay "Vest Hem"in vingeri Jarrod Bouen və "çəkicdöyənlər"in yarımmüdafiəçisi Mateus Fernandeslə müqavilə imzalamağı düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" Bouenlə maraqlansa da, əsas transfer hədəfi deyil. "Mançester Yunayted" Fernandeslə daha çox maraqlanır. Qeyd olunur ki, "çəkicdöyənlər" portuqaliyalı oyunçu üçün təxminən 50 milyon funt sterlinq (58 milyon avro) tələb edə bilər.