"İpsviç"in hücumçusu Liam Delap "Mançester Yunayted"ə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi 22 yaşlı ingilislə danışıqlar aparıb. "İpsviç" rəsmiləri də hücumçuya müqaviləni müzakirə etmək üçün Mançesterə getməyə icazə verib. Delapın "İpsviç"lə sözləşməsində klub Çempionşipə düşərsə, 35 milyon avro qarşılığında sərbəst buraxılma maddəsi var.
Qeyd edək ki, Delap bu mövsüm 39 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.