Uruqvay millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az "Todofichajes"-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transferində "Atletiko" maraqlıdır.

 

Madridlilərin baş məşqçisi Dieqo Simeoneni Uqartenin oyununu bəyənir. Argentinalı mütəxəssis onu transferini istəyir. hədəflərindən biri kimi görür.

 

Qeyd edək ki, Uqartenin "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir. O, cari mövsümdə Premyer Liqada 20 oyun keçirib, 1 qol vurub.