"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Mançester Siti" tərk futbolçunu transfer etmək istəyir.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

 

"Şəhərlilər" qışda Hakan üçün İtaliya klubuna müraciət edəcək. 30 yaşlı orta xətt oyunçusu ilə "Bavariya" da yaxından maraqlanır.

 

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Türkiyə millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.