"Mançester Siti" "Real"ın prezidenti postuna namizədi Enrike Rikelmeyə qarşı məhkəmə iddiası qaldıracağı ilə hədələyib. Rikelme seçkilərdə qalib gələcəyi təqdirdə "Siti"nin hücumçusu Erlinq Haalandla müqavilə imzalayacağını bildirib. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb:

 

"İspaniyada Erlinq Halandın gələcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bunun baş vermə ehtimalı yoxdur və onun müqaviləsində buna icazə verən heç bir bənd yer almayıb. Bu kontekstdə oyunçumuzun imicindən istifadə ilə bağlı hüquqi tədbirlər görməyi düşünürük",

 

Qeyd edək ki, Rikelme qonaq olduğu verilişlərin birində Madrid klubunun üzərində norveçlinin adı və imzası olan yeni ev formasının formanı nümayiş etdirib və bildirib ki, Haalandla artıq razılıq əldə olunub.