"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey yenidən İngiltərədə çıxış edə bilər. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" öz yetirməsi olan futbolçunu heyətinə qatmağı planlaşdırır.

 

Ancaq onun xidmətində "Nyukasl" və "Tottenhem" də maraqlıdır. Eyni zamanda, ingiltərəli futbolçunu "Barselona"nın da yaxından izlədiyi bildirilib.

 

28 yaşlı ftbolçu bu mövsüm "Napoli"də 14 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. O, 2017-2024-cü illərdə "Mançester Yunayted"in əsas komandasında çıxış edib və 178 oyuna 19 qol vurub.