Xorvatiya çempionu “Dinamo” yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb təmsilçisi Şimali Makedoniyanın “Şkendiya” komandası ilə üz-üzə gəlib.

Zaqreblilər ilk sınaq matçında darmadağına seviniblər. Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.