"İnter Mayami"nin hücumçusu Luis Suares komandanın kapitanı Lionel Messinin gələcək planları ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, uruqvaylı forvard bununla bağlı "El Pais"ə açıqlama verib:

 

"Leonun 2026-cı illə bağlı müəyyən planları var. Bildiyim qədər o, gələn il keçiriləcək dünya çempionatında iştirak etmək arzusundadır. Ancaq bununla bağlı heç kimə heç nə demir, sirr saxlayır"

 

Qeyd edək ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Argentinalı ulduz bu müddət ərzində bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib.