"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares karyerasında 23-cü titulunu qazanıb. Sport24.az xəbər verir ki, forvard ABŞ-da çempion olmaqla bu uğura imza atıb.
Suares əvvəllər Madrid "Atletiko"su, "Barselona", "Liverpul", "Ayaks", "Nasional", "Qremio" ilə çempion olub.
Qeyd edək ki, Suares 2024-cü ildən "İnter Mayami"də oynayır. Hücumçunun klubla müqaviləsi bu ilin sonuna qədər nəzərdə tutulub. O, bu mövsüm o, bütün turnirlərdə 42 oyun keçirib, 14 qol vurub və 15 məhsuldar ötürmə edib.