PSJ-nin baş məşqçisi Luis Enrike Bredli Barkolanın Fransa klubunda oynamağa davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb deyib. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, ispan mütəxəssis futbolçunun Parisdə qalacağına əmindir:
"Bredli Barkolanın gələcəyi? Onun bizimlə qalacağına heç bir şübhəm yoxdur. Bizim oyunçularımızın başqa klublarla maraqlanması xoşumuza gəlir. Amma o, güvəndiyimiz gənc oyunçulardan biridir. Onun hələ uzun illər burada oynayacağını gözləyirəm".
Qeyd edək ki, fransalı futbolçu "Bavariya" və "Liverpul"un maraq dairəsindədir. Ötən mövsüm Barkola parislilərin heyətində bütün turnirlərdə 58 oyun keçirib, 21 qol vurub və 19 məhsuldar ötürmə edib.