Futbol üzrə Fransa çempionatının 2022-ci ilin fevralında keçiriləcək “Olimpik” (Lion) - “Monako” matçı Çində oynanıla bilər.

Sport24.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Xəbərdə, Fransa Peşəkar Futbol Liqasının (LFP) rəhbərliyinin matçın Şanxayda keçirilməsini istədiyi bildirilib.

LFP bununla bağlı FİFA-ya müraciət edib və təsdiq cavabı gözləyir.

Çempionat rəhbərliyinin nə üçün belə addım atdığı açıqlanmayıb.