"Lion"un keçmiş futbolçusu Brayan Berqunyo 43 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

 

Veteran futbolçu 2023-cü ilin dekabrından xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Qeyd edək ki, Berqunyo 2004 və 2005-ci illərdə "Lion"la Fransa çempionluğunu qazanıb.