"Barselona"nın hücumçusu Robert Levandovski karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, 36 yaşlı forvard "Forbes"ə açıqlamasında bunları deyib:

 

"Yaşımı nəzərə alsaq, 2-3 il daha oynaya bilərəm. Bir gün oynamaq istəmədiyimi hiss edəndə karyeramı bitirəcəm. İndiyə qədər problemsiz oynayıram və bu haqda hələ düşünməmişəm".

 

Levandovski bu mövsüm 17 oyunda 19 qol vurub.