Polşa millisinin kapitanı Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts” qazanıb. Sport24.az xəbər verir ki, “Bavariya”nın 34 yaşlı hücumçusu Almaniya Bundesliqasının 34 oyununda 35 qol vurub.

70 xala malik Levandovski rəqiblərini böyük fərqlə üstələyib. PSJ-nin hücumçusu Kilian Mbappe 28 qolla 56 xal toplayıb. Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real”) hərəyə 27 qolla 54 xal yığaraq, 3-4-cü yerləri bölüşdürüblər. .

Qeyd edək ki, Robert ötən mövsüm 41 qolla (82 xal) “Qızıl buts” qazanmışdı.