"Arsenal" "Bavariya"nın yarımmüdafiəçisi Leroy Saneni "rənglərinə bağlamağa" hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "The Times" məlumat paylaşıb.
Almaniya millisinin üzvü üçün Premyer Liqaya heç də yad çempionat deyil. "Arsenal"ın baş məşqçisi Mikel Arteta da futbolçunun yaxından tanıyır. İspaniyalı mütəxəssis "şəhərlilər" Qvardiolanın köməkçilərindən biri olan vaxt almaniyalı futbolçu bu komandanın formasını geyinib.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə "Bavariya"nın heyətində bütün turnirlərdə 45 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.