“Latsio”nun hücumçusu Çiro İmmobilenin durumuna aydınlıq gəlib.

Sport24.az xəbər verir ki, zədə səbəbindən bir müddət kənarda qalan təcrübəli hücumçu meydana qayıtmağa hazırdır.

Bunu İtaliya klubunun həkimi İvo Pulçini açıqlayıb. O, bildirib ki, futbolçu artıq tam sağalıb.

İmmobile A Seriyasında dünya çempionatına görə yaranan fasilə bitdikdən sonra meydana çıxa biləcək.