İspaniya La Liqasının 27-ci turu çərçivəsində dünən keçirilən matçda "Barselona" səfərdə Bilbao "Atletik"ini 1-0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, oyundakı yeganə qolun müəllifi Lamin Yamal olub.
bununla da Lamin daha rekordu qırıb. Gənc ulduz 18 yaş 237 günlüyündə fərqlənməklə XXI əsrdə böyük "beşlik"də klub və milli komanda səviyyəsində 50 qol vuran ən gənc oyunçu olub.
Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 19 qol vurub və 15 məhsuldar ötürmə edib.