"Vilyarreal"ın baş məşqçisi Marselino Qarsiya Toral İspaniya liqasında noyabr ayının ən yaxşı məşqçisi seçilib. Sport24.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

 

Səsvermədə 60 yaşlı ispaniyalı mütəxəssis Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone və "Barselona"nın çalışdırcısı Hans-Diter Fliki geridə qoyub.

 

Qeyd edək ki, "Villarreal" ötən ay "Rayo Valyekano" (4-0), "Espanyol" (2-0), "Malyorka" (2-1) və "Real Sosyedad"ı (3-2) məğlub edib. "Sarı sualtı qayıq" ləqəbi daşıyan komanda 14 oyundan sonra 32 xalla turnir cədvəlində üçüncü yerdədir.