"Trabzonspor" iki futbolçu ilə vidalaşıb. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi Edin Visca və Antoni Nvakaeme ilə yollarını ayırıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçuyla müddəti başa çatan müqavilələr uzadılmayıb.

 

"Trabzonspor" Super Liqada mövsümü üçüncü sırada başa vurub. Komanda eyni zamanda Türkiyə Kubokunun qalibi olub.