Portuqaliyalı ulduz Kriştiano Ronaldo dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib. Sport24.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı futbolçu sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:
"Qeyd edən hər kəsin Ramazan bayramı mübarək olsun! Bu özəl bayram sizə və yaxınlarınıza sevinc, sülh və xoşbəxtlik gətirsin".