Kristiano Ronaldo yenidən Portuqaliya millisinin heyətinə cəlb olunub. Sport24.az xəbər verir ki, baş məşqçi Roberto Martines 40 yaşlı futbolçuya UEFA Millətlər Liqasının yarımfinal mərhələsi üçün dəvət göndərib.

 

Karyerasını "Əl-Nəsr"də davam etdirən forvard yarımfinal qarşılaşmasında Almaniyaya qarşı forma geyinə bilər.

 

Digər cütdə Fransa ilə İspaniya futbolçuları qarşılaşacaqlar. Oyunlar iyunun 4-5-də baş tutacaq.

 

Qeyd edək ki, 2003-cü ildən Portuqaliya millisində forma geyinən Ronaldo indiyədək 219 matçda 136 qol vurub.