"Əl-Nasr"in hücumçusu Kriştiano Ronaldo dünyanın ən böyük klubunun adını açıqlayıb. Sport24.az "La Sexta"ya istinadən xəbər verir ki, portuqaliyalı ulduz sabiq komandasının adını çəkib:

 

"Məncə, dünyanın ən böyük klubu "Real"dır.

 

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə Madrid təmsilçisinin formasını geyinib. 39 yaşlı Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.