"Korintians" Braziliya Çempionatının 10-cu turunda "İnternasional"a evdə 1-0 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Dorival Junioru istefaya yollayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

 

Cari mövsümdə komandanın qələbəsiz seriyası artıq 9 oyuna çatıb. Hazırda turnir cədvəlində 16-cı yerdə olan "Korintians"ı düşmə zonasından cəmi iki xal ayırır. 

 

63 yaşlı Dorival Junioru müvəqqəti olaraq U-20-nin məşqçisi Uilyam Batista ilə əvəzləyəcək. 

 

Qeyd edək ki, postundan qovulan baş məşqçinin müqaviləsi 2026-cı il dekabrın 31-dək nəzərdə tutulmuşdu. Dorival Junior komandaya 2025-ci ilin aprelində gəlib. "Korintians" onun rəhbərliyi altında 63 matçdan 26-da qalib gəlib, 19-da heç-heçə edib, 18-də isə uduzub.