"Bavariya"nın baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasında bu gün PSJ-yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

 

"PSJ-nin heyəti zəif deyil. Orda çoxlu istedadlı futbolçular və onlar gələcəkdə daha yüksək səviyyədə oynayacaqlar. PSJ müdafiədə boşluq verməyən komandadır. Effektivdirlər və kompakt təzyiq göstərə bilirlər. Keyfiyyətli komandaya qarşı çətin oyunumuz olacaq".

 

"Bavariya" – PSJ oyunu saat 00:00-da start götürəcək.