Kiprin "Karmiotissa" klubunun prezidenti Stavros Dimostenusu qətlə yetirməkdə şübhəli bilinən iki Gürcüstan vətəndaşını həbs edib. Sport24.az xəbər verir ki, bu barədə Yunanıstanın "ERT-news" telekanalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Salonikidə 28 yaşlı iki əmioğlu həbs edilib. Onlardan biri cinayətdə iştirak edən avtomobilin sürücüsü, digəri isə qatili hadisə yerindən qaçıran avtomobilin sükanı arxasında olub. Məhz bu avtomobildə genetik material və barmaq izləri tapılıb.

 

Sənədlər artıq məhkəməyə və prokurorluğa təqdim edilib. Ehtimal ki, onlardan yalnız biri atəş açıb, lakin Kipr polisi hər ikisini qətlin günahkarları hesab edir. Hər iki saxlanılanın bu gün prokuror qarşısına çıxacağı gözlənilir.

 

Qeyd edək ki, Demostenus oktyabrın 17-də Limasol şossesində güllələnib. O, 2023-cü ildən "Karmiotissa"nın prezidenti postunu tutub.